Tiroid (zob)
Tiroid kistaları
Qısa cavab
Tiroid kistası vəzin daxilində maye ilə dolu boşluqdur və çox vaxt təhlükəsizdir. Ən təhlükəsiz növ saf kistalardır. Divarında içəriyə doğru uzanan bərk hissə olan (mural komponentli) kistalar isə araşdırılmalı və lazım gələrsə biopsiya edilməlidir. Şikayət verən və ya təkrar dolan kistalar əməliyyatsız müalicə oluna bilər.
Sxematik təsvir — real müayinə görüntüsü deyil
Ümumi məlumat
- Şikayətlər. Böyük kistalar boyunda şişkinlik, sıxılma, boğulma və təngnəfəslik yarada bilər. Kiçik kistalar adətən şikayət vermir.
- Qərar. Hansı kistanın izlənəcəyi, hansının boşaldılacağı fərdi müayinədən sonra, pasientlə birlikdə müəyyən olunur.
Həkimin praktikasında
kistanın boşaldılması, skleroterapiya və ablaziya → Kistanın boşaldılması, skleroterapiya, ablaziya.