Şəkərli diabet

Şəkərin düşməsi (hipoqlikemiya): əlamətlər və ilk yardım

Qısa cavab

Hipoqlikemiya qan şəkərinin 70 mq/dl-dən aşağı düşməsi və buna uyğun əlamətlərin olmasıdır. Əlamətlər: soyuq tər, titrəmə, üşümə, halsızlıq, huşun pozulması. İlk yardım: dərhal şəkəri ölçün və 15–20 q şəkər qəbul edin. Bunun üçün 3–5 dilim şəkəri suda həll edib içmək və ya 1 stəkan meyvə şirəsi kifayətdir. Həkimin xəbərdarlığı: «Çox aşağı şəkərlər yüksək şəkərlərdən daha təhlükəlidir.» Şəkəriniz tez-tez 4 mmol/l (72 mq/dl) altına düşürsə, mütləq həkiminizlə məsləhətləşin.

HipoqlikemiyaŞəkər 70 mq/dl-dən aşağı düşəndə
Qan şəkəri · mq/dl7015–20 q şəkərzaman

Sxematik təsvir

Ümumi məlumat

  • Əlamətlər: soyuq tərləmə, huşun pozulması, üşümə, titrəmə və əsmə, halsızlıq və yorğunluq. Bu əlamətlər olduqda dərhal şəkəri ölçün; hipoqlikemiya aparatla ölçülərək təsdiqlənir.
  • İlk yardım:
    1. Dərhal 3–5 dilim şəkəri suda həll edib için. Əvəzinə 1 stəkan meyvə şirəsi və ya 15–20 q şəkər də olar.
    2. Pasientin huşu özündə deyilsə, yaxınları hazır glukaqon iynəsini vurmalıdır. Ağzına heç nə verilmir.
    3. Ağır hallarda ilk yardımla birlikdə pasient xəstəxanaya çatdırılmalıdır.
    4. Evdə ilk yardımdan sonra növbəti yeməyə 25–30 dəqiqədən çox vaxt qalırsa, proses təkrarlanır. Bu, yenidən hipoqlikemiyanın qarşısını alır.
  • Diabeti olmayanlarda. Şəkərin düşməsi təkcə diabetlilərdə olmur. Qeyri-adekvat insulin ifrazı, metabolik sindrom və başqa hallarda da baş verə bilər. Diabetiniz yoxdursa və şəkəriniz düşürsə, bu, orqanizmin xəbərdarlıq siqnalı ola bilər. Vaxtında həkimə müraciət etməklə diabetin və digər patologiyaların qarşısını almaq olar.
  • «Yüksək rəqəmdə hipoqlikemiya». Bəzi hallarda hipoqlikemiya əlamətləri normadan yüksək rəqəmlərdə də hiss oluna bilər. Əsas səbəb uzun müddət çox yüksək olmuş şəkəri nizamsız və sürətlə aşağı salmaq cəhdləridir. Həkim yüksək şəkəri buna görə mərhələli salır.

Sual-cavab

Şəkərim düşəndə nə etməliyəm?

Dərhal şəkəri ölçün və 15–20 q tez sorulan şəkər qəbul edin: 3–5 dilim şəkər suda və ya 1 stəkan meyvə şirəsi. Huş itibsə, yaxınlar glukaqon vurmalı və təcili yardım çağırmalıdır.

Diabetim yoxdur, amma şəkərim düşür. Bu nə deməkdir?

Bu, insulin ifrazının pozulması və ya metabolik sindrom kimi halların xəbərdarlığı ola bilər. Endokrinoloqa müraciət edin.

Dr. Şirvan ZəkəriyəyevEndokrinoloq

Tez-tez axtarılanlar

Qəbula yazıl

Qəbul öncədən qeydiyyatla aparılır. Formu doldurun: «WhatsApp-da göndər» düyməsini basdıqda mesajınız WhatsApp-da hazır olacaq. Zəng etmək də olar.

Qəbul yeri

Şikayətinizi, əlinizdə olan analiz və USM nəticələrini qısaca yazın.

Çərəz ayarları