Tiroid (zob)
Tiroiditlər: kəskin, yarımkəskin və xroniki
Qısa cavab
Tiroidit qalxanabənzər vəzin iltihabıdır və üç forması var:
- kəskin — çox vaxt bakteriyaların törətdiyi;
- yarımkəskin — viruslarla bağlı, ağrılı forma;
- xroniki — autoimmun forma, məsələn, Haşimoto.
Yarımkəskin tiroiditə endokrinoloq asanlıqla diaqnoz qoya bilər. Buna baxmayaraq hələ də gecikmələr olur və xəstəlik «düyünlü ur» və ya «zəhərli zob» kimi səhv dəyərləndirilir. Vaxtında düzgün diaqnoz qoyularsa, tam sağalan iltihabi prosesdir.
Sxematik təsvir
Ümumi məlumat
- Kəskin tiroidit. Çox zaman bakteriyalar törədir. Erkən müalicəyə başlanarsa tam sağalmaqla yekunlaşır. Əlamətləri: qızdırma, boyun nahiyəsində ağrı.
- Yarımkəskin tiroidit. Viruslar tərəfindən törədilir. Vaxtında və düzgün müalicə edilməzsə, sağalmaya və ya təkrarlana bilər. Əlamətləri:
- boğazda ağrı; ağrının yer dəyişməsi;
- ağrının qulağa, çənəyə, ənsəyə yayılması;
- şikayətlərdən əvvəl çox vaxt boğaz ağrısı, qızdırma kimi yuxarı tənəffüs yolu infeksiyası;
- boğaza toxunanda ağrının artması — pasient çox vaxt boynuna əl vurmağa belə imkan vermir;
- ürəkdöyünmə;
- az miqdarda çəki itkisi (2–5 kq);
- subfebril qızdırma (37–37,5 °C);
- qadınlarda aybaşı düzənsizliyi; saç tökülməsi, dırnaq zədələnməsi.
- Xroniki tiroidit. Orqanizmin öz hüceyrələrinə hücumu nəticəsində yaranır və müxtəlif formaları var. Onlardan biri Haşimoto tiroiditidir. Əlamətləri hipotireozda olduğu kimidir → Hipotireoz (tənbəl zob) və Haşimoto.
Həkimin praktikasında
bir pasientdə müayinədə yarımkəskin tiroiditdən şübhələnilib və analizlər bunu təsdiqləyib: EÇS və CRP yüksək, TSH aşağı, sərbəst T4 və T3 yüksək; HbA1c mülayim yüksək. Uyğun müalicə təyin edilib və pasient kontrol müayinəyə çağırılıb.
Sual-cavab
Boğazda ağrı tiroidlə bağlı ola bilərmi?
Bəli. Boğaz nahiyəsində ağrı hər zaman sadə səbəbdən olmaya bilər. Udma zamanı hiss olunan, boyunda gərginliklə və ya halsızlıq və hormonal dəyişikliklərlə müşayiət olunan ağrı tiroidin funksional pozuntusu ilə bağlı ola bilər. Yarımkəskin tiroiditdə ağrı qulağa və çənəyə yayılır. Belə ağrı mütləq həkim nəzarəti tələb edir.