Şəkərli diabet

Şəkərli diabetin ağırlaşmaları

Qısa cavab

Diabetin ağırlaşmaları birdən-birə yaranmır. Gecikmiş mərhələdə ürək, beyin, göz, böyrək, əl və ayaqlarda həyat üçün təhlükəli problemlər yarana bilər. Diabetik neyropatiyanın effektiv müalicəsi üçün əsas şərt şəkərin tam stabil olmasıdır. Həkimin sözü ilə: «Şəkəri nəzarətdə saxlayın, geri qalanı ilə biz endokrinoloq olaraq məşğul olaq.»

Ağırlaşmaların profilaktikasıHədəflər
Arterial təzyiq · diabetdə hədəf130/80HbA1c · diabetlilərdə ümumi hədəf7%

Hamilələrdə və bəzi qruplarda hədəflər fərdi təyin olunur.

Ümumi məlumat

  • Diabetik neyropatiya. Əlamətləri: qol və ayaqlarda keylik, iynələnmə, yanma hissi. Bəzən bir neçə həkimin, xüsusilə nevroloqun müayinəsi və müalicəsi lazım olur.
  • B12 vitamini və metformin.
    • Uzun müddət metformin istifadə edən diabetlilərdə B12 səviyyəsi aşağı düşə bilər.
    • B12 çatışmazlığı əl və ayaqlarda keylik, iynələnmə, yorğunluq, qan azlığı, saç tökülməsi, dırnaq qırılması, ağızda uyuşma yaradır. Diabetik neyropatiyanı da ağırlaşdıra bilər.
    • B12 analizini vaxtaşırı yoxlatmaq lazımdır. Lazım olduqda həkimlə məsləhətləşib B12 əlavəsi qəbul edilir. Ət, balıq və yumurta kimi təbii mənbələr də unudulmamalıdır.
  • Diabetik ayaq. Ayaq yaralarında endokrinoloq şəkəri nəzarətə alır, cərrah isə yaranın cərrahi müalicəsini aparır.
  • Təzyiq. Diabetdə hədəf arterial təzyiq adətən <130/80 mm c.st. olur. Yüksək təzyiq damar, böyrək və göz zədələnməsini sürətləndirir.
  • Həyat tərzi. Pəhrizə, müalicəyə, həyat tərzinə və həkimin məsləhətlərinə əməl etmək ağırlaşmaların əsas profilaktikasıdır.

Həkimin praktikasında

  • Diabetik ayaq yarası olan pasientdə əvvəlcə insulinlə şəkər nəzarətə alınıb, sonra tablet müalicəsinə keçilib. Cərrahi hissəni cərrah Op. Dr. Fariz Abdullayev aparıb.
  • Ağır hiperqlikemiya fonunda «katastrofik dəyişikliklər» görülən pasient haqqında həkimin paylaşımı: «Şəkərli diabetlə zarafat etmək olmaz. Şəkərinizi vaxtında və ciddi nəzarət altında saxlayın.»

Sual-cavab

Diabetik neyropatiya necə müalicə olunur?

Əsas şərt şəkərin tam stabil olmasıdır. Lazım olduqda nevroloqla birgə müalicə aparılır.

Metformin qəbul edirəm. B12 yoxlatmalıyam?

Bəli. Uzun müddət metformin qəbul edənlərdə B12 aşağı düşə bilər. Analizi vaxtaşırı yoxlatmaq və lazım olduqda həkimlə birlikdə əvəz etmək lazımdır.

Dr. Şirvan ZəkəriyəyevEndokrinoloq

Tez-tez axtarılanlar

Qəbula yazıl

Qəbul öncədən qeydiyyatla aparılır. Formu doldurun: «WhatsApp-da göndər» düyməsini basdıqda mesajınız WhatsApp-da hazır olacaq. Zəng etmək də olar.

Qəbul yeri

Şikayətinizi, əlinizdə olan analiz və USM nəticələrini qısaca yazın.

Çərəz ayarları